Ərəb tarixçiləri və coğrafiyaçıları – Əbülfida, İbn Havqəl, Məsudi, Əl Müqəddəsi ərəblərin hökmranlığı dövründə Bərdə, Gəncə ətrafında və Azərbaycanın digər regionlarında üzümlüklərin mövcudluğu haqqında məlumatlar verirlər. X əsrin ərəb coğrafiyaşünası Əl Müqəddəsi Azərbaycanın var-dövlətini təsvir edərək yazır «…bu vilayət böyük və gözəldir, orada çoxlu meyvə və üzüm var». Yunan alimi Herodot (e.ə.V əsr), roma alimi Plinii (e.ə. 23-79-ju il), yunan joğrafiyaşünası Stroban (e.ə.I əsr-eramızın I əsri), roma tarixçisi Ammian Masellin (eramızın II-III əsri, 330-400-cü illər) Azərbaycanın həyatında üzümçülüyün xüsusi rol oynadığını qeyd etmişlər.