0.00AZN
- Xüsusiyyətlər
QEYDLƏR
RƏNG:
Şampan zərif çəhrayı rəndindədir.
DAD:
Albalı və moruq notları şampana xüsusi tamlıq bəxş edir. Həmçinin qoz, vanil və sitrus meyvələrinin təravətli çalarları şampanın dadını uzunmüddətli saxlayır.
ƏTİR:
Buketi mineral təravətlidir. Qırmızı giləmeyvələrinin naringi və ətirli çiçəkləri ilə qarışıqlıqı şampanın ətirini daha da zənginləşdirir.
QASTRONOMİK BİRLƏŞMƏLƏR:
Şampan əla aperitiv kimi istifadə oluna bilər. Dəniz məhsulları, balıq yeməkləri, Asiya mətbəxinin təamları ilə uyğunlaşdırıla bilər. Eyni zamanda müxtəlif meyvələr ilə də içilə bilər.
MARAQLI FAKTLAR
BOLLINGER – rəqibsiz elit şampan brendidir. Bu şərabın yaranması1650-ci illərə gedib çıxır. O zaman Count de Hennekvina Villermonta ailəsi şərab sənətinin mərkəz nöqtəsi sayılan Şampanın əsrarəngiz Ay qəsəbəsinə gəldi. Bollinger şərab evinin tarixi isə 1829-cu ildən başlayır. O zamanlar adı çəkilən şərab evinə Admiral Atanas Emmanuel Louis və Placid Bollingerin (Count Villermonta nəslinin nümayəndısi) rəhbərlik edirdi. Və məhz o illərdə köpüklü içkilər sürətlə dünyaya yayılaraq böyük məmnuniyyət qazandılar. Şampanın “qızıl dövrü” başlandı. 1920-ci ildə Bollinger şampanı dünyanın ən çox satılan şampan markası kimi tarixə düşdü.